Oqtay Əsədov: "Bəzi televiziyalar Milli Məclisi rüsvay edir"

"Yeni gələn həmsədrlər demək olar ki, Qarabağ probleminin kökündən xəbəri yoxdur".

 

APA TV-nin xəbərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərini tənqid edən Milli məclisin sədri  spiker Oqtay Əsədov deyib ki, onlar fəaliyyətlərinə təzə, anlaşılmaz qayda gətiriblər: "İşləri "Twitterdə" məsələ həll etmək, Ermənistanda olan jurnalistlərlə münasibətlərini, tərəfliliyini göstərməkdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Heç kim tərəf tutmalı deyil. Təzə yeniliklər çıxarıblar. Tərəfdaş kimi Dağlıq Qarabağ. Dağlıq Qarabağ kimdir axı?"

 

Oqtay Əsədov ATƏT Minsk Qrupunun qurumun Parlament Assambleyasında hesabat verməsi təklifi ilə çıxış edib və bu məsələni qurumun Bakıda keçiriləcək sessiyasının gündəliyinə salınmasını tələb edib.

 

Bəzi televiziyaların parlamenti biabırçı durumda təqdim etməsindən narazılığını bildirən parlamentin sədri qeyd edib ki, bəzi mətbuat, xüsusilə televiziyalar Milli Məclisi rüsvay edir.

Müəllif | Apa.Tv