Odessada bina yandırıldı: 31 ölü

Ukraynanın Odessa şəhərində həmkarlar evi yandırılıb. APA TV-nin məlumatına görə, yanğın nəticəsində beşmərtəbəli binanın 2 və 3-cü mərtəbələri alova bürünüb. Baş verən yanğında 31 nəfər ölüb. Ümumilikdə Odessada baş verən iğtişaşlarda isə, 41 nəfər həlak olub, 174 nəfər xəsarət alıb.

 

Hadisə yerinə xilasedicilər, milis və təcili yardım briqadaları cəlb olunub. Bir neçə nəfər hadisə ilə bağlı saxlanılıb. Binada qalanların yarısı isə evakuasiya olunub.

 

Qeyd edək ki, binanı federallaşma tərəfdarları tutaraq yandırıb.

Son hadisələrlə bağlı Odessada 3 günlük matəm elan olunub. Matəm günləri şəhərdə dövlət bayraqları endiriləcək, əyləncəli tədbirlər və idman yarışları keçirilməyəcək.

Müəllif | Apa.Tv