Əfqanıstanda dəhşətli torpaq sürüşməsi: 2500 nəfərin öldüyü bildirilir

Əfqanıstanın şimal-şərqində yerləşən Badaxşan əyalətində güclü torpaq sürüşməsi baş verib. Əyalətin qubernatoru Şaz Vəliullah Ədib torpaq sürüşməsi nəticəsində ölənlərin sayının 2 500 nəfərə çata biləcəyini deyib.

 

APA TV-nin xəbərinə görə, BMT-nin Əfqanıstandakı nümayəndəliyi torpaq sürüşməsi zamanı ən azı 350 nəfərin öldüyü barəsində məlumat yayıb.

 

Qeyd edək ki, apreldə Əfqanıstanın Balx əyalətində sel axınları Məzəri-Şərif şəhərinin hava limanını su altında qoymuşdu.

Müəllif | Apa.Tv