Obama və Merkel Rusiyanı yeni saknsiyalarla hədələdi
ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkel Rusiyanı yeni, iqtisadiyyatın daha geniş sahələrini əhatə edən sanksiyalarla hədələyib. APA TV-nin xəbərinə görə, bu barədə Barak Obama və Angela Merkel Ağ Evdə keçirilən birgə mətbuat konfransında məlumat veriblər.
Merkel qeyd edib ki, Moskva Cenevrə razılaşmasına əməl etmir, bu səbəbdən də Almaniya və Avropa Bİrliyi başqa tərəfdarları ilə Rusiyaya qarşı “3-cü səviyyəli” sanksiya tətbiq etməyə hazırdır.
Obama bildirib ki, Slavyanskda girov saxlanılan ATƏT müşahidəçilərinin azadlığa buraxılması üçün Rusiya özünün təsir imkanlarından istifadə etməlidir.
ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkel Rusiyaya mayın 25-ə kimi vaxt veriblər.