Şirvanda avtomobil yandı, sürücü yaralandı
Şirvanda avtomobil yanıb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri Zülfü Hacıyev küçəsində qeydə alınıb. Şəhər sakini 1952-ci il təvəllüdlü Mustafayev Abdul Şahlar oğlu "VAZ 2106" markalı "15 BB 151" dövlət nişan nömrəli avtomobilini saxlayıb mağazaya gedərkən qəflətən maşın alovlanıb. Qısa vaxt ərzində maşın yanaraq, təmamilə yarasız vəziyyətə düşüb. Yüngül xəsarət alan sürücü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə gələn FHN-nin Şirvan Yanğından Mühafizə Hissəsinin briqadası yanğını söndürüb. Faktla bağlı araşdırma aparılır.