Təlim zamanı Milli Ordunun iki əsgəri yaralandı

Cəbhə bölgəsində təlim zamanı Azərbaycan Ordusunun 2 əsgəri yüngül xəsarət alıb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, hadisə cəbhə bölgəsində yerləşən təlim mərkəzində baş verib.

Mayın 2-də saat 19:00 radələrində cəbhə bölgəsində yerləşən təlim mərkəzində 2 hərbi qulluqçu - əsgər Əhlimanlı Mahir Ərşad oğlu və əsgər Əliyev Pərviz Həsən oğlu təlim zamanı yüngül xəsarət alıb.

 

Hərbi qulluqçulara dərhal müvafiq tibbi yardım göstərilib.

 

Vəziyyətləri kafidir.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı