Bakı şəhər Baş Polis İdarəsinin qadın əməkdaşını avtomobil vurdu
Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Yusif Səfərov kücəsində, Bakı şəhər Baş Polis İdarəsinin yaxınlığında qeydə alınıb. APA TV-nin xəbərinə görə, Çin istehsalı olan "Hover" markalı, 99 GF 993 dövlət nömrə-nişanlı avtomobil yolu keçmək istəyən qadını vurub.
Avtomobilin sürücüsü hadisə yerində olsa da, məlumat vermək istəməyib. Avtomobillə vurulan qadınnın BŞBPİ-də çalışdığı müəyyənləşib. 52 yaşlı Solmaz Zeynalova Kliniki Tibbi Mərkəzə aparılıb. Mərkəzdən APA TV-yə verilən məlumata görə, Solmaz Zeynalovaya çanaq sümüyünün hər iki qapağının sınığı diaqnozu qoyulub.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.