Odessada ölənlərin sayı 41 nəfərə çatdı
Ukraynanın Odessa şəhərində ölkənin bütövlüyünün tərəfdarları və əleyhdarları arasında baş vermiş toqquşmaların 130 iştirakçısı milis tərəfindən saxlanılıb. “UNİAN”ın xəbərinə görə, bu barədə yerli milis idarəsindən bildirilib.
Baş vermiş hadisələrlə bağlı “kütləvi iğtişaşlar”, “qəsdən adam öldürmə”, “xuliqanlıq”, “hüquq-mühafizə orqanının əməkdaşına qarşı zorakılıq və ya zorakılıqla təhdid etmə”, “xuliqanlıq”, “dövlət və ictimai əhəmiyyətli binaların ələ keçirilməsi”, “əmlakın bilərəkdən məhv edilməsi” maddələri ilə cinayət işi qaldırılıb. Hazırda saxlanılanların dindirilməsi prosesi gedir. Qeyd edək ki, mayın 2-də Odessada baş verən iğtişaşlarda 41 nəfər ölüb, 200 nəfər, o cümlədən 22 milis əməkdaşı xəsarət alıb. Faciəli olaylarla əlaqədar şəhərdə üç günlük matəm elan olunub.