Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyi başlayır
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasına üzv olan ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. APA-nın AŞ-nın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, toplantı mayın 6-da Vyanada keçiriləcək. Toplantıda AŞ-yə qonşu regionların siyasətinin müzakirəsi, demokratiya, insan haqları və qanunun aliliyi məsələləri müzakirə olunacaq. Görüş çərçivəsində Elmar Məmmədyarov Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi müddətindəki prioritetlərini açıqlayacaq. Qeyd edək ki, Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyi mayın 14-də başlayacaq.