Kürdəmirdə "Mercedes" körpüdən kanala düşdü
Kürdəmirdə avtomobil körpüdən kanala düşüb. APA TV-nin məlumatına görə, hadisə bu gün səhər saat 07:00 radələrində Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun 52-ci kilometrliyində qeydə alınıb.
Zərdab rayon sakini Babək Bəşirov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən qəflətən idarəetməni itirib və maşın yoldan çıxaraq, hündürlüyü 10 metr olan körpüdən su kanalına düşüb. Hadisə zamanı avtomobildə sürücüdən başqa, iki nəfər sərnişin olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisə nəticəsində minik maşını yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.