"Mercedes" piyadanı vurub öldürdü
Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Xaçmaz rayonu, Xudat şəhəri ərazisində baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Xudat şəhər sakini Babayev Ramiz Baləhməd oğlu idarə etdiyi 27 BK 322 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomaşınla Xudat şəhər sakini 1952-ci il təvəllüdlü Rəhimov Əli Nəriman oğlunu vurub. Piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.