"Əbu Bəkr" məscidinin imamının müavini saxlanıldı
“Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov polis tərəfindən saxlanılıb. Bu barədə APA-ya dindarlar məlumat verib. Onların sözlərinə görə, bu gün Adil Rəcəbovun Zaqatala rayonunun Muxax kəndində yerləşən mənzilində əməliyyat aparılıb. Əməliyyat nəticəsində Adil Rəcəbov saxlanılıb. Zaqatala rayon Polis Şöbəsindən APA-ya Adil Rəcəbovun saxlanılması təsdiqlənib. Lakin bu barədə əlavə açıqlama verilməyib.