Ukraynada ATƏT-in hərbi müşahidəçiləri sərbəst buraxıldı
Ukraynanın şərqindəki Slavyansk şəhərində saxlanılan ATƏT-in hərbi müşahidəçiləri sərbəst buraxılıb. ATƏT-in 8 hərbi müşahidəçisi və 5 ukraynalı zabit Rusiya tərəfdarı olan qruplar tərəfindən aprelin 26-da tutulmuşdu. Separatçılar hərbi müşahidəçilərin “casus” olduğunu boldirərək, onları azad etməkdən imtina edirdi.
Separatçıların nümayəndəsi, “Donetsk Xalq Respublikası” “hökumət”in müvəqqəti başçısı Deniz Puşilina keçirdiyi brifinqdə saxlanılan hərbi müşahidəçilərdən blokpostların qeyd edildiyi hərbi xəritələr, patronlar və digər hərbi ləvazimatların götürüldüyünü deyib. D.Puşilin ATƏT-in hərbi müşahidəçilərin “NATO-nun xeyrinə casusluq” etməsindən şübhələndiyini bildirib.