Keçmiş polis arvadını boğub öldürdü
Bakıda dəhşətli qətl törədilib. Yasamal rayon Polis İdarəsindən APA TV-yə bildirilib ki, hadisə Həsən bəy Zərdabi küçəsi 71, mənzil 176-da qeydə alınıb. 36 yaşlı Dilavər Nadir oğlu Əhmədov həyat yoldaşı, 25 yaşlı Günay Eldar qızı Əhmədovanı boğaraq öldürüb. Daha sonra Dilavər Əhmədov polisə könüllü təslim olub. Hadisəyə ailədaxili münaqişənin səbəb olduğu bildirilir. Cinayət hadisəsi ilə əlaqədar Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, keçmiş polis işçisi Dilavər Əhmədov mayın 2-də Yasamal rayonunda kirayədə yaşadığı evdə qısqanclıq zəminində arvadı Günayı boğaraq qətlə yetirib. Faktla bağlı cinayət işi açılıb istintaq gedir.