ORT-nin rəhbəri özünü güllələdi

Rusiyanın Birinci kanalının (ORT) baş direktoru Ernst Konstantin Lvovic özünü öldürmək üçün tapançadan başına atəş açıb. Rusiya mətbuatının məlumatına görə, bu barədə telekanalın rəhbərliyindəki mənbə xəbər yayıb. Aprel ayının 30-da Rusiyanın Birinci kanalının baş direktoru Rusiyanın “Qazprom” şirkətinin direktoru Aleksey Miller və Vladimir Putinlə uzun sürən telefon danışıqlarından sonra evinə gələrək iş otağına keçib. Onunla birlikdə yaşayan qadın Larisa Sinelşikova qapının arxasından güllə səsi eşidib. Konstantin Lvovic hazırda Rusiya Federasiyasının Prezident İşləri İdarəsinin “Klinik xəstəxana”sına yerləşdirilib. Açdığı atəş nəticəsində onun boynu və dili yaralanıb, hazırda hüşsüz vəziyyətdədir.  Telekanalın mətbuat xidməti hadisə barədə heç kimə açıqlama vermir.

Müəllif | Apa.Tv
Apa.tv