Dünya səyahətinə çıxan ingiltərəli velosipedçi Azərbaycandan məmnun qalıb
Altı ay öncə velosipedlə dünya səyahətinə çıxmış ingiltərəli Vilyam Klifford 5 gündür, Azərbaycandadır. O, bu gün İrana yola düşüb. Vilyam dünya səyahətinə Avstriyadan başlayıb. Sloveniya, Macarıstan, Albaniya, Bosniya, Türkiyə və Gürcüstandan sonra Azərbaycana gələn ingiltərəli velosipedçinin dünya səyahətinə çıxmaqda məqsədi ayrı-ayrı xalqların mədəniyyəti, adət-ənənələri ilə yerindəcə tanış olmaqdır.
APA TV-nin xəbərinə görə, Vilyam Klifford azərbaycanlıların qonaqpərvərliyindən məmnun qaldığını bildirib: ”Ölkənizin ərazisinə daxil olanda maşınlar mənə siqnal verir, insanlar "Salam" deyirdilər. Mənə çörək yeməyi, istirahət etməyi təklif edənlər də az deyildi”.
İngiltərəli səyahətçinin sözlərinə görə, velosipedi ilə saatda 15-25 kilometr məsafə qət edir. Vilyam Klifford İrandan Türkmənistana keçməklə səyahətini Hindistanda tamamlamağı planlaşdırıb.