KXCP Milli Şuradan istefa verib
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Milli Şuradan istefa verib. APA-nın xəbərinə görə, bu barədə qərarı qurumun sessiyasında KXCP sədri Mirmahmud Mirəlioğlu açıqlayıb.
Milli Şuraya yeni üzvlərin qəbulu ilə bağlı məsələnin müzakirəsi zamanı Mirmahmud Mirəlioğlu AXCP üzvlərinin Milli Şuranın üzvlüyünə daxil olunmasına etirazını bildirib və partiya olaraq qurumdan istefa verdiklərini bəyan edib. O, partiyasının qərargahının bundan sonra da Milli Şuranın üzünə açıq olacağını deyib.
AXCP sədri Ə.Kərimli isə deyib ki, üzvlüyə təklif etdiyi adamlar onsuz da Milli Şuranın işində fəal iştirak ediblər: “Lazım gələrsə, mən onların bəzilərinin namizədliyini geri götürə bilərəm. Səbəb budursa, yeni üzvlərin qəbulu dayandırıla bilər".
O, KXCP Milli Şuradan getməsini istəmədiklərini deyib.