“Baku Fires”dən möhtəşəm qələbə
Azərbaycanın “Baku Fires” boks komandası Ümumdünya Boks Seriyası (WSB) Liqasında növbəti qarşılaşmasını keçirib.
Quba Olimpiya Kompleksində keçirilən üçüncü ev qarşılaşmasında komandamızın rəqibi liqanın son qalibi Qazaxıstanın “Astana Arlans” kollektivi olub. İlk qarşılaşmada komandamızın üzvü, 52 kq çəkidə Avropa çempionatlarının mükafatçısı Elvin Məmişzadə Asiya oyunlarının finalçısı, London Olimpiya Oyunlarının iştirakçısı İlyas Süleymanovu, 60 kq çəkidə təmsilçimiz dünya və Avropa çempionu Albert Səlimov isə Ümumdünya Boks Seriyasının ən təcrübəli boksçularından olan Samat Başenovu, komandamızın digər üzvü 69 kq çəki dərəcəsində Yevgeni Romaşkeviç Manat Amirzakovu, super ağır çəki dərəcəsində yarışan idmançımız Hacı Murtuzəliyev isə təcrübəli boksçu Filip Hrqoviçi məğlub edib. Azərbaycan komandasının 81 kq çəki dərəcəsində çıxış edən üzvü Mixail Dolqolevts qazaxıstanlı Hrvoje Sepə məğlub olub. Ümumi hesabda komandamız 4:1 hesabı ilə qalib gəlib.