Ehtiyac üzündən 100-lərlə insan məzarsız qaldı
Əfqanıstanın torpaq sürüşməsinin baş verdiyi Bədəxşan əyalətində axtarış-xilasetmə işləri dayandırılıb. Təbii fəlakət yerində kütləvi məzarlıq salınacaq. Bunu Əfqanıstanın vitse-prezidenti Məhəmməd Xəlil Kərimi bildirib. Bədəxşana səfər edən vitse-prezident zərərçəkənlərlə görüşdükdən sonra jurnalistlərin suallarını cavablandırıb. Onun sözlərinə görə, torpağın altında qalanlardan yalnız 255 nəfərin şəxsiyyətini dəqiqləşdirmək mümkün olub. Məhəmməd Xəlil Kərimi beynəlxalq humanitar təşkilatlara müraciət edərək, yardıma ehtiyac olduğunu bildirib. Bədəxşan əyalətinin qubernatoru Şah Vəli Adib isə deyib ki, torpaq altında qalan 2500 nəfərdən ümid kəsilib.