Mustafa Cemilovun Krıma qayıtmasına Türkiyə kömək edəcək

Krım tatarlarının lideri Mustafa Cemilovun Krıma buraxılmaması məsələsi ilə Türkiyə məşğul olacaq. Cemilovun sözlərinə görə, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan ona bu məsələni Rusiya prezidenti Vladimir Putinlə yaxın vaxtlarda sülh yolu ilə həll edəcəyini deyib. Tatarların lideri 5-ci kanala müsahibəsində  onu da əlavə edib ki, Türkiyə rəhbərliyi ona qan tökülməsinə imkan verməməyi xahiş edərək, sərhəddən çəkilməyi və Kiyevə dönməyi tövsiyə edib. Daha sonra bu məsələ iki ölkə rəhbəri arasında danışıq əsasında yoluna qoyulacaq.  Qeyd edək ki, Krım tatarlarının lideri Mustafa Cemilov beynəlxalq görüşlərdə iştirak etmək üçün Krımdan çıxıb. Qayıdarkən isə ona Krıma girməyə icazə verməyiblər.

 

Müəllif | Apa.Tv