Sinoptiklərin hava proqnozu

Yaxın iki gün ərzində ölkə ərazisində hava şəraiti mülayim, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, paytaxta hava şəraitinin dəyişkən buludlu olacağı arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında  22-27 dərəcə intervalında dəyişəcək. Azərbaycanın rayonlarında da əsasən  yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacağı gözlənilir. Havanın temperaturu mərkəzi aran rayonlarında günorta saatlarında 27-32, dağlarda isə günorta saatlarında 19-24 dərəcə isti müşahidə oluncaq. Yaxın iki gün ərzində Abşeron yarmadasında meteroloji amillərin zəif və mülayim tərəddüdü metohəssas isnanlar üçün əlverişli olacaq.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova