Moskvada 4 erməni güllələndi

Moskvada 4 Ermənistan vətəndaşı güllələnib. Hadisə şəhərin qərbində gözəllik salonunda baş verib. Şəhər polis şöbəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, mayın 3-də "02" xidmətinə gözəllik salonundakı atışma ilə bağlı məlumat daxil olub. Daha sonra polis aydınlaşdırıb ki, həmin yerdə vətəndaşlar arasında münaqişə baş verib. İştirakçılardan biri silah çıxararaq ətrafdakılara bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb. İlkin ehtimala görə, o, obyekt sahibini qorxutmaq istəyib. Münaqişə zamanı 4 Ermənistan vətəndaşı xəsarət alıb. Onlardan biri kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb. Digər 3-ü isə müayinə edildikdən sonra buraxılıb. Onlardan ikisi polis bölməsinə aparılıb.

 

Müəllif | Apa.Tv