Slavyanskda antiterror əməliyyatı: telemərkəzin binası azad edilib

Mayın 3-də Slavyanskda aparılan antiterror əməliyyatı zamanı telemərkəzin binası azad edilib. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi bəyan edib. Donetsk vilayət administrasiyasının daxili siyasət departamentinin yaydığı məlumata görə, Slavyansk şəhərində atəş səsləri eşidilir. Amma vəziyyət nisbətən sakitləşib, bəzi mağazalar fəaliyyət göstərir və insanlar artıq küçələrə çıxmağa başlayıb. Ərazidə yollarda hərəkət məhdudlaşdırıldığından çörək və bəzi kənd təsərrüfatı mallarının qıtlığı yaranıb.

 

Kramatorskda isə separatçılar tərəfindən yandırılan nəqliyyat vasitələrinin görüntüləri yayılıb. Ukrayna hərbi-siyasi araşdırmalar mərkəzinin rəhbəri Dmitri Timçukun sosial şəbəkədə yazdığı məlumata görə, şəhər nəqliyyatsız qalıb. Kramatorskdakı böyük şirkətlərin işi dayandırılıb.  Mayın 6-da isə Sevastopol və Donuzlav gölündən Ukrayna hərbi dəniz qüvvələrinin növbəti yardımçı qrupunun çıxarılması gözlənilir. Həmin qrup Krımın Rusiya tərəfindən işğalı samanı saxlanılmışdı.

 

Müəllif | Apa.Tv