"Eurovision-2014"ün açılış mərasimi keçirildi

Danimarkanın Kopenhagen şəhərində "Eurovision-2014" mahnı yarışmasına start verilib. APA TV-nin məlumatına görə, rəsmi açılış mərasimi Kopenhagen meriyasının tarixi binasında baş tutub. Müsabiqədə iştirak edən 37 ölkənin təmsilçiləri ənənəvi olar qırmızı xalça üzərindən keçərək arenaya daxil olublar.

 

Qeyd edək ki, mahnı müsabiqəsi "Join us" - "bizə qoşul"  devizi altında keçirilir. Yarımfinallar mayın 6 və 8-də keçiriləcək. Final isə mayın 10-da baş tutacaq.

 

Azərbaycanı bu ilki "Eurovision" mahnı müsabiqəsində Dilarə Kazımova "Start a fire" mahnısı ilə təmsil edir. O, birinci yarımfinalda 8-ci nömrə altında çıxış edəcək. Qaydalara əsasən, hər bir yarımfinaldan finala ən çox səs toplamış 10 iştirakçı keçəcək. Yarımfinalda çıxış edən ölkə vətəndaşları həmin gün səsvermədə iştirak edə bilməyəcəklər.

 

Müəllif | Apa.Tv