Qızıl mədənində uçqun: 10 ölü
Kolumbiyada qızıl mədənində baş verən uçqunda 10 nəfər həyatını itirib. Dərhal hadisə yerinə xilasedicilər və təcili yardım briqadaları yollanıblar. Aparılan araşdırmalar zamanı məlum olub ki, qızıl axtaran 16 mədənçi uçqunun altında qalıb. Axtarış əməliyyatı zamanı onalrdan 10-unu cəsədi torpağın altından çıxarılıb. Hazırda 6 mədənçinin axtarışı davam etdirilir. Kolumbiya Daxili İşlər Nazirliyindən yayılan məlumatda isə qeyd olunur ki, mədənçilər qadağan olunan yerdə qazıntı işlərini həyata keçiriblər.