Koreya prezidenti: "... ən sərt şəkildə cəzalandırılacaqlar"
"Cənubi Koreyada gəmi faciəsinə görə məsuliyyət daşıyanlar ən sərt şəkildə cəzalanacaqlar".
APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında prezident Pak Kın He deyib. Dövlət başçısı qəzada həyatını itirən Cənubi Koreya vətəndaşlarının ailələrini ziyarət edərək onlara başsağlığı verib.
Prezident eyni zamanda bata gəmidə olanların cəsədlərinin axtarışı ilə bağlı aparılan işlərlə də maraqlanıb. Rəsmi məlumata görə, indiyə kimi dənizdən 244 cəsəd çıxarılıb. 58 nəfərin axtarışı isə hələ də davam edir.
Xatırladaq ki, sərnişinlərinin çoxu lisey şagirdi olan gəmi aprelin 16 da batıb. 476 sərnişinin olduğu gəmidən 22 ekipaj üzvü olmaqla 174 nəfər xilas edilib.