Bakıda sərnişin avtobusu qəza törətdi

Bakıda sərnişin avtobusu digər nəqliyyat  vasitəsi ilə toqquşub. Hadisə mayın 5-də saat 08:10 radələrində baş verib. Sabunçu rayon Polis İdarəsindən  APA  TV-yə verilnə məlumata görə, “Koroğlu” metro stansiyasının yaxınlığında hərəkət edən 160 saylı sərnişin avtobusu qarşıdan gedən “Nissan” markalı avtomobilə çırpılıb. Hadisə yerinə hüquq-mühafizə orqanları, təcili yardım və xilasedicilər cəlb olunub.  Hadisə şahidlərinin verdikləri məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən  təxminən 10-u yaralanıb. Yaralılardan 6 nəfərin xəsarəti ağır olduğu üçün onları xəstəxanaya aparıb.  Yaralılardan Mehmet Yusif, Mustafa Ramazanov, Engin Şenor, Vüqar Məhərrəmov, Firuz Bayramov və  Mirzə Rzayevin vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv