Bakıda güclü külək əsəcək

Bakı və Abşeron yarımadasında mayın 6-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 11-16, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir. Cənub küləyinin sürəti 8-13 m/s, gündüz arabir 16 m/s-dək güclənəcək, axşam şimal-qərb küləyinin sürəti 10-15 m/s təşkil edəcək.

 

Azərbaycanın rayonlarında mayın 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 6-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, mayın 7-8-də arabir güclənən xəzri küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.  

 

Müəllif | Apa.Tv