Şok qərar! Gülər Əhmədova azadlığa buraxıldı! - YENİLƏNİB
Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, məhkəmədən Ali Məhkəməyə göndərilən sorğuya cavab gəlib. Cavabda Gülər Əhmədovanın müdafiəçilərinin kassasiya şikayətlərinin baxılmamış saxlanıldığı bildirilib.
Hakim buna görə də vəkillərə müdafiə çıxışı etməyi təklif edib.
Vəkil Əfsər Talıbov çıxış edəndə Gülər Əhmədova özünü yaxşı hiss etmədiyini deyib. Məhkəmədə beş dəqiqəlik fasilə elan edilib və prosesə təcili yardım çağırılıb.
Beş dəqiqəlik fasilə elan olunsa da, fasilə xeyli müddət davam edib. Vəkillər hazırda Gülər Əhmədovanın müayinə olunduğunu, ürəyinin kardioqramının çıxarıldığını açıqlayıblar.
Gülər Əhmədova vəziyyəti normallaşandan sonra hakimin tələbi ilə son söz deyib. Gülər Əhmədova bildirib ki, ekspert rəyini gözləmədən onun barəsində qanunsuz olaraq cinayət işi başlanıb. Həmçinin deputata ola-ola ölkədən çıxmasına qanunsuz olaraq, qadağa qoyulub. Fasilədən sonra məhkəmənin qərarı açıqlanıb. Gülər Əhmədova azadlığa buraxılıb.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilib.