Bəşər Əsədin namizədliyi qeydə alındı

Suriyada prezident seçkilərində iştirak edəcək namizədlərin siyahsı açıqlanıb. SANA agentliyinin məlumatına görə, Suriya Konstitusiya Məhkəməsi iyunun 3-də keçiriləcək prezident seçkiləri üçün Bəşər Əsədin də aralarında olduğu 3 nəfərin namizədlik müraciətinin qəbul edildiyini açıqlayıb.

 

Konstitusiya Məhkəməsi sözçüsü Macid Hadra açıqlamasında prezidentliyə namizədliyini verən 23 adamdan üçünün namizədliyinin qəbul edildiyini bildirib.

 

Hadra namizədliyi qəbul edilənlənlərin prezident Bəşər Əsəd, Hələb millət vəkili Mahir Əbdülhafiz Həccar, keçmiş nazir və millət vəkili Həsən Abdulla ən-Nuri olduğunu bildirib.

 

Xatırladaq ki, iyunun 3-də keçirilməsi planlaşdırılan prezident seçkiləri üçün 23 nəfər namizədliyini irəli sürmüşdü.

 

Müəllif | Apa.Tv
Apa.tv