"Mərakeş çəyirtkələri" Azərbaycanın 34 rayonuna hücum edib

"Mərakeş çəyirtkələri" Azərbaycanın 34 rayonuna hücum edib. Bunu APA TV-yə Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Camal Quliyev  deyib. Onun sözlərinə görə, sürü halında hərəkət edən ziyanvericilər taxılı, meyvə-tərəvəzi, pambığı, hətta meyvə ağaclarının yarpaqlarını belə məhv edir. "Mərakeş çəyirtkələri" əkin sahələrini bir neçə saat ərzində yararsız hala salır. Respublikanın 14 rayonunda həmin ziyanvericilərə qarşı mübarizə tədbirlərinə başlanıb və bu məqsədlə 7 qərargah yaradılıb: "Aprel ayından etibarən ölkə ərazisində xüsusi təhlükəli olan "Mərakeş çəyirtkələri"nin xüsusi artımı müşahidə edilib. Hətta son on illə müqaiysədə görünməmiş həddə çatıb. Bu məqsədlə ölkə üzrə 7 qərəgah yaradılıb və mübarizə tədbirlərinə başlanılıb. Nəticədə mübarizə tədbirləri  34 rayon ərazisindən 11 rayon ərazinə endirlib. Hacıqabul, Saatlı, İmişli və Biləsuvar rayonlarında isə hələ də mübarizə tədbirləri davam etdirilir".

 

Camal Quliyev deyib ki, artıq mübarizə tədbirləri yekunlaşdırlıb. Bu il kənd təssərüfatı bitkilərinə "Mərakeş çəritkəsi"ndən ciddi ziyan gözlənilmir. Çəyirtkələrin məhvi üçün kifayət qədər texnika və dərman preparatı ayrılıb. Qeyd edək ki, 1 ay ərzində 5 faza dövrünü yaşayan zərərvericilər 250 kilometr məsafəni uçaraq qət etmək qabiliyyətinə malikdir.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı