Dağıstanda 1-i qadın olmaqla 3 silahlı öldürüldü

Dağıstanın Xasavyurt bölgəsində evlərdən birində gizlənmiş 3 silahlı zərərsizləşdirilib. APA TV-nin xəbərinə görə, hüquq-mühafizə orqanlarının yaydığı məlumatda onlardan birinin qadın olduğu deyilir. Həmin qadın da silahlılarla birgə döyüşüb. Hazırda istehkamçı və xüsusi xidmət orqanlarının əməkdaşları evə daxil olmağa çalışır. Polisin dediyinə görə, həmin şəxslərlə danışıqlar nəticə vermədikdən sonra onlar evi atəşə tutmağa başlayıblar.

 

Xatırladaq ki,  Xasavyurt rayonunun Vinsovxoz kəndində saat 06:30-da hüquq-mühafizə əməkdaşlarına atəş açan naməlum şəxslərin qaldığı ev mühasirəyə alınıb. Onlardan birinin əvvəlki gecə polisə atəş açan cinayətkar olduğu ehtimal edilir.

 

Müəllif | Apa.Tv