Fövqəladə hallar nazirinə yeni müavinlər təyin olunub - SƏRƏNCAM

Azərbaycan fövqəladə hallar nazirinin müavinləri təyin olunub. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Teymur Ramiz oğlu Mehdiyevin fövqəladə hallar nazirinin müavini təyin edilib. Prezident İlham Əliyevin digər sərəncamı ilə Teymur Mehdiyevə general-mayor ali hərbi rütbəsi verilib. Dövlət başçısı Tapdıq Əhliman oğlu Əmiraslanovun da fövqəladə hallar nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv