Slavyanskda qanlı qarşıdurma: 4 ölü, 20 yaralı
Slavyanskda İzyum şəhəri istiqamətindəki blokpostda hərbi əməliyyatlar başlayıb. Döyüş zamanı Ukrayna tərəfindən 4 nəfərin həlak olduğu, 20-yə yaxın döyüşçünün yaralandığı deyilir. Hazırda Ukrayna daxili işlər naziri Arsen Avakov və Milli Qvardiyanın komandanı Stepan Poltorak Slavyanskdadır.
Arsen Avakov hər iki tərəfdən xəsarət alanların olduğunu deyir. Onun sözlərinə görə hüquq-mühafizə əməkdaşları təxminən 800 nəfərlə döyüşürlər. Nazir qarşı tərəfin irikalibrli artilleriyadan istifadə etdiyini deyərək Ukrayna ordusuna hücum edənlər arasında çeçenlərin olduğunu iddia edib. Ukrayna hərbçiləri artıq yerli teleqülləni nəzarət altına alıblar. Ardınca Ukrayna kanallarının yayımı bərpa edilib.