Göygöldə baş leytenant zəncirvari qəzaya düşdü

Göygöl rayonunda 4 avtomobil toqquşub. Hadisə Göygöl-Gəncə şossesinin 1 km-ində qeydə alınıb. APA TV-nin xəbərinə görə, rayon sakini, 25 yaşlı Rafiz Əsgərov idarə etdiyi "Niva" markalı avtomobillə Bakı şəhər sakini Kənan Məmmədovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil toqquşub. Bundan sonra Göygöl sakini 28 yaşlı Atin Həsənovun idarə etdiyi "VAZ 2101" və onun həmyerlisi Ramin Abbasova məxsus "VAZ 2107" markalı maşınlar toqquşan iki maşına çırpılıb. "VAZ 21011"in sürücüsü müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər təcili tibbi yardım xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisə şahidlərinin sözlərinə görə qəza səbəb yola atın çıxması olub.

Qeyd edək ki, sürücülərdən Kənan Məmmədov N saylı hərbi hissənin baş leytenantıdır.

Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli