Göyçayda naməlum obyekt görünüb

Göyçay sakinləri qeyri-adi hadisə ilə qarşılaşıblar. Rayonda naməlum obyekt görünüb.

APA TV-nin xəbərinə görə, Səmada görünən obyektin isiğı artıb-azalır. Təxminən 15-20 dəqiqə ərzində səmada görünən obyekt daha sonra naməlum istiqamətdə yoxa çıxıb.  Əməkdaşlarımız naməlum uçan obyekti lentə ala biliblər.

Hələlik hadisənin elmi izahı ilə bağlı heç bir rəsmi açıqlama verilməyib. 

Müəllif | Apa.Tv
Elvin Yaqubov