Nalbandyan İranda Qarabağ məsələsini müzakirə etdi
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın İrana səfəri çərçivəsində müzakirə olunan əsas mövzulardan biri də Dağtlıq Qarabağ münaqişəsi olub.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə birgə keçirdiyi mətbuat konfransında Edvarc Nalbandyan bildirib ki, iranlı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyinə görə rəsmi İrəvanın İrana minnətdar olduğunu deyib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə rəsmi Tehranın bölgədə sülh və sabitliyin bərqərar olması üçün təsirli rolu üzərinə götürməyə hazır olduğunu bəyan edib. İranlı nazirin sözlərinə görə, İran bölgədəki bütün ölkələrin sülh və dostluq içərisində yaşamasını arzulayır: "Bölgədə müharibəyə yox, inkişafa, tərəqqiyə və iqtisadi əməkdaşlığa ehtiyac var".
O, deyib ki, İran-Ermənistan münasibətləri keçmişə dayanan olduqca güclü və dərin mədəni dərinliyi olan münasibətlərdir. Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər qarşılıqlı hörmət və mənfəətə əsaslanır.