Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi dövründə dörd əsas prioriteti olacaq

"Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi dövründə dörd əsas prioriteti olacaq. Bunlar korrupsiya ilə mübarizə, sosial məsələlər, Azərbaycana xas olan multikultiralizm, təhsil, xüsusən də insan hüquqları sahəsində təhsil məsələsidir".

 

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib ki, sədrlik müddətində Azərbaycanda 20-dək tədbirin  keçirilməsi nəzərdə tutulub. Bakıda Avropa Şurası Parlament Assambleyası Daimi Komitəsinin və Bürosunun iclasları keçiriləcək, korrupsiya ilə mübarizə mövzusunda böyük konfrans təşkil olunacaq.

 

Mahmud Məmmədquliyev qeyd edib ki, Strasburqda keçiriləcək tədbirlərdə də Azərbaycan sədr olaraq iştirak edəcək. Artıq Avropa Şurası ilə Azərbaycan arasında 2014-2016-cı illər üçün yeni fəaliyyət planı təsdiqlənib. Bu yaxınlarda Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın Bakıya  səfəri gözlənilir.

 

Qeyd edək ki, Azərbaycan mayın 14-dən etibarən AŞ Nazirlər Komitəsində sədrliyə başlayır. Bu ilin noyabrında sədrlik Azərbaycandan Belçikaya keçəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv