"Böyük səkkizlik" Rusiyaya qarşı sanksiya tərtib edəcək

ABŞ başda olmaqla, "Böyük səkkizliyə" daxil olan ölkələr Rusiyaya qarşı sanksiya tərtib edəcək. "İnterfax"ın xəbərinə görə, bu bəyanatla Ag Evin məkbuat katibi Ceyn Karni keçirdiyi ənənəvi brifinqdə çıxış edib: "Birləşmiş Ştatlar və Avropa Birliyi, eləcə də "Böyük səkkizlik" ölkələri Ukraynanın ərazi bütövlüyünün toxululmazlığını qorumaq məqsədi ilə daha ciddi sanksiyalara hazırlaşır" .

 

Onun sözlərinə görə, Odessanın itirlməsi Ukraynadakı böhranın daha da dərinləşməsindən xəbər verir.

 

Bu arada Brüsseldə baş tutan görüşdə Avropa Birliyinə üzv 28 ölkənin nümayəndəsi Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq edilməsinin məqsədyönlüyü haqqında razılığa gələ bilməyib. "UNİAN" agentliyinin verdiyi məlumata görə, bunu Avropa Birliyinin mətbuat xidməti bəyan edib.

 

Diplomatlar AB xarici işlər nazirlərinin mayın 12-nə nəzərdə tutulan görüşünə qədər rəsmi Moskvaya qarşı yeni məhdudlaşdırıcı sanksiyaların tətbiq edilməsi barəsində qərar əldə etməlidirlər. Diplomatik mənbələrin məlumatlarına əsasən, sanksiyaların tətbiqinə qarşı Yunanıstan, Kipr, Bolqarıstan, Macarıstan, Lüksemburq, Avstriya, İspaniya, Portuqaliya və Malta çıxış edir.

 

Müəllif | Apa.Tv
Apa.tv