Bakıda 150 min tələbənin iştirakı ilə rəy sorğusu keçiriləcək

Sabahdan 150 min tələbənin iştirakı ilə "Bakı 2015 ilk Avropa Oyunları" başlıqlı rəy sorğusuna start veriləcək. APA TV-nin xəbərinə görə, iyunun 15-dək davam edəcək sorğu Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı,  Azərbaycan Prezidenti yanında Gənclər Fondunun və "Bakı 2015 ilk Avropa Oyunları"nın təşkilat komitəsinin dəstəyi iıə paytaxt Bakı və ölkəmizin regionlarının təhsil müəssisələrinin tələbələri arasında gerçəkləşəcək.


Məqsəd tələbə-gənclərin "Bakı 2015 ilk Avropa Oyunları"na münasibətini öyrənmək, onlara bu yarışma haqqında dolğun məlumat vermək, gənclərin bu idman tədbirndə  könüllü olmaq istəklərini müəyyənləşdirməkdir.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı