Əsəd qüvvələrinin qərargahı bombalandı: 50 ölü


Suriyada 50 nəfər Əsəd tərəfdarı olan əsgər öldürülüb. APA TV-nin məlumatına görə, İdlib şəhərində əsgərlərin sığınacağına bomba yerləşdirilib. Bomba partlaması zamanı şəhərdə böyük dağıntılar meydana gəlib. Bomba ərazidə Əsəd rejiminə müxalif qüvvələr tərəfindən əvvəlcədən yerləşdirilib. Suriyada müxalifət tərəfdən genişmiqyaslı əməliyyatların başlandığı deyilir.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Harf ölkə prezidenti Barak Obamanın Suriya müxalifətçilərinə 27 milyon dollar ayırmaq niyyətində olduğunu deyib. Bundan başqa Suriya Milli Koalisiyasının Amerikadakı nümayəndəliyi xarici missiya statusunu alıb.

 

Müəllif | Apa.Tv