Sumqayıtda gənc 24 yaşlı tanışını döyərək və bıçaqlayaraq qətlə yetirib

Sumqayıtda qətl törədilib. Şəhər Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini, 23 yaşlı Pərvin Məhəmməd oğlu Əhmədov şəxsi münaqişə zəminində tanışı, 24 yaşlı Bəhram Tahir oğlu Məmmədovu döyərək və bıçaqlayaraq qətlə yetirib. 

  

Rayon prokurorluğundan  verilən məlumata görə ekspertizanın rəyindən sonra ölümün səbəbi bəlli olacaq. Hadisəni törədən B.Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

 

Müəllif | Apa.Tv