"Mercedes" mikroavtobusa və işıq dirəyinə çırpıldı
Bərdədə sərnişinlə dolu mikroavtobus "Mercedes" markalı minik maşınıyla toqquşub. APA TV-nin xəbərinə görə, Yevlax istiqamətində hərəkət edən mikroavtobus, həmin eyni istiqamətdə irəliləyən "Mercedes" markalı avtomaşına çırpılıb. Hadisə nəticəsində mikroavtobusa olan üç nəfər xəsarət alıb. Minik avtomobilinin sürücüsü Fuad Ağayev isə idarəetməni itirərək maşını yol kənarındakı işıq dirəyinə çırpıb.