Məktəblilər mükafatlandırıldı

"Son 10 ildə ölkədə 2700-dən artıq orta məktəb binası yenidən tikilib və ya əsaslı təmir olunub".

APA TV-nin xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdləri, ilk peşə ixtisas və orta ixtisas təhsili müəssisələrinin şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində deyib. Nazir bildirib ki, təhsilin infrastrukturunun müasirləşdirilməsi istiqamətində bır sıra işlər görülüb: "2007-2015-ci illərdə xaricdə təhsilə dair dövlət proqramı çərçivəsində indiyə qədər 2612 gənc Dövlət Neft Fondu hesabına dünyanın nüfuzlu universitetlərində təhsil almağa göndərilib. İki dövlət proqramının icrası nəticəsində 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşürdüsə, hazırda hər 18 şagirdə bir kompüter düşür".

 

Mikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş inşa müsabiqəsinin artıq 8-ci dəfə təşkil edildiyini  

 

Daha sonra müsabiqədə qalıb gələn şagirdlər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

 

Müəllif | Apa.Tv