Gömrük Akademiyasının məzunları mayın 10-da and içəcəklər

"Mayın 10-da Gömrük Akademiyasının məzunlarının andiçmə mərasimi baş tutacaq. Bundan başqa, Heydər Əliyevin doğum gününün 91 illiyində onunla eyni dövrdə işləmiş və ulu öndərin yanında çalışmış insanlarla görüşlər təşkil olunacaq”.

 

APA TV-nin xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsində Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən tədbirdə qurumun sədri Aydın Əliyev deyib.

 

 Tədbirdə çıxış edən millət vəkili, professor İsa Həbibbəyli Heydər Əliyevin keçdiyi həyat yolundan, onun siyasi fəaliyyətindən söz açıb.

 

H. Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu və banisi olduğunu deyən İ. Həbibbəyli xatırladıb ki, O, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və bütün dünyada daha da yaxından tanınması üçün misilsiz işlər görüb.

 

Tədbirin sonunda komitə sədri Aydın  Əliyev Heydər Əliyevin miras qoyduğu siyasəti layiqincə davam etdirəcəyini və Azərbaycan Dövlət Gömrük Komitəsi, gömrük sahəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib.

 

Sonda prezident İlham Əliyevin sərəncamı ilə gömrük sahəsində fərqlənən gömrük işçilərinə verilən diplom və fərmanlar öz sahiblərinə təqdim olunub.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı