17 yaşlı oğlan Xəzərdə boğuldu
Lənkəran rayonunun Liman şəhərində dənizdə boğulma faktı qeydə alınıb. APA TV-nin Cənub bürosunun məlumatına görə, Liman şəhər sakini, 1997-ci il təvəllüdlü Nihad Rasim oğlu Ağazadə Xəzərdə çimərkən boğulub. Onun meyiti dalğıc-xilasedicilər tərəfindən dənizdən çıxarılıb.
Hadisə yerinə rayon Prokurorluğunun əməkdaşları gəlib. Faktla bağlı araşdırmalara başlanıb.