Qəza tıxaca səbəb oldu
Bakının Xətai rayonunda baş verib. APA TV-nin məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb. Qəza nəticəsində "Tofaş" və "Cehvrolet" markalı avtomobillər toqquşub. Hadisə şahidlərinin görə, qəza "Tofaş"ın sürücüsünün ara məsafəsini gözləməməsi səbəbindən baş verib. Nəticədə "Tofaş" "Chevrolet"i arxadan vurub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib. Eyni zamanda Nobel prospektində tıxac meydana gəlib. Əraziyə gələn Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları avtomobilləri evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırıblar. Nobel prospektində nəqliyyatın hərəkəti normala qayıdıb. Faktla bağlı araşdırma aparılır.