Polisin burnunu sındıran azərbaycanlıya 7 il həbs cəzası verildi
Kemerova məhkəməsi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən 53 yaşlı azərbaycanlı barəsində hökm çıxarıb. Babayev soyadlı şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməklə 7 il müddətinə azadlıqdan məhrum olunub. APA TV-nin xəbərinə görə, həmyerlimiz 2012-ci ilin noyabrında tutulub. Onun üstündən 10 qram heroini nəqliyyat polisinin əməkdaşları aşkar ediblər. Dövlət ittihamçısı onun barəsində 13 il həbs çəzasının təyin olunmasını istəyib. Buna səbəb kimi Babayevin saxlanılan zaman polis əməkdaşlarının üstünə hücum çəkərək, əlbəyaxa olması, əməkdaşlardan birinin burnunu sındırmasını göstərib. Lakin məhkəmə onun səmimi peşimançılığını və ağ ciyər xəstəliyindən əziiyyət çəkməsini nəzərə alaraq 7 il cəza təyin edib.