Paytaxtda 5 kilometr uzunluğunda tunel çəkiləcək

Hərəkət zamanı daha az vaxt sərf edilməsi məqsədilə Bakıda bir neçə tunelin qazılması təklif edilir. Bunu APA TV-yə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-də sədr müavini Vaqif Hacıyev bildirib. Onun sözlərinə görə, Neftçilər prospektindən "Azneft" dairəsindən 5 kilometr uzunluğunda tunel vasitəsi ilə Astara yoluna birbaşa çıxmaq təklif olunur.

 

“Bu təklif Nəqliyyat Nazirliyi tərəfindən hökumətə təqdim edilib. Hökumət də öz növbəsində bununla bağlı məsləhətləşmələr aparır. Ümumiyyətlə, yol həm ağır, həm də bahalı işdir”.

 

Qurum rəsmisi əlavə edib ki, qeyd edilən istiqamətdə başqa bir variant isə “Beşmərtəbə” adlanan ərazidən tunellə gedərək, 7 kilometrdən sonra məqsədə çatmaqdır

 

“Burada əyri yollar, döngələr olmayacaq, düz yolla 3 dəqiqədən sonra o yola çıxmaq mümkün olacaq. Hökumət bunu “cibinə” baxıb həyata keçirir".

 

Vaqif Hacıyev deyir ki, layihənin reallaşması üçün xeyli vəsait lazımdır.

 

Müəllif | Apa.Tv