Dörd azyaşlı qızı zorlayan azərbaycanlının məhkəməsi başlayır

Rusiyanın Meqion şəhərində pedofillikdə təqsirli bilinən azərbaycanlının işi məhkəməyə göndərilib. 24 yaşlı azərbaycanlı 4 azyaşlı qızı zorlamaqda ittiham olunur. Uzun müddət Rusiyadan kənarda gizləndiyindən onu cinayəti törətdiyi vaxtdan 2 il yarım sonra həbs etmək mümkün olub. Cinayətkar bu il fevralın 7-də saxlanılıb.

 

APA TV-nin xəbərinə görə, araşdırma zamanı məlum olub ki, 2011-ci ilin avqust və sentyabrında Azərbaycan vətəndaşı 14-15 yaşlı qızları Sadovoy küçəsindəki mənzilinə gətirərək onlara qarşı zorakılıq hərəkətləri edib. O, bəzən öz qurbanını avtomobillə şəhər kənarına da aparıb. Qızlar başlarına gələnlər barədə valideynlərinə danışmaqdan qorxduğundan hüquq-mühafizə əməkdaşları bu barədə yalnız oktyabr ayında xəbər tutub. Hazırda cinayətkar 4 qıza qarşı 6 ağır cinayət törətməkdə ittiham olunur.

 

Müəllif | Apa.Tv